Krasnodarda 40 yaşlı psixoloq və karmik münasibətləri öyrənən mütəxəssis universitetin yaxınlığında özünü yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Olqa Çvetkova “Labotarium” Həyat Terapiyası kursunun müəllifi idi. Həssas insanlara travmalarında kömək edir və mənəvi maarifləndirmə ilə məşğul olurdu.
Kuban Aqrar Universitetinin ərazisində qadın üzərinə benzin tökərək yandırıb. Meyitin yanında şizofreniya üçün dərman resepti olan çanta olub.
İstintaq Komitəsi araşdırmaya başlayıb.
Xuraman Etibarlı
İnterpress.az