“Qiyamət günü buzlağı”: Alimlərin Sankt-Peterburqla bağlı narahatedici XƏBƏRDARLIĞIbackend

“Qiyamət günü buzlağı”: Alimlərin Sankt-Peterburqla bağlı narahatedici XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiyamət günü buzlağı”nın əriməsi Sankt-Peterburqu su altında qoya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın elmi dairələrindən məlumat yayılıb.

Alimlər “Qiyamət günü buzlağı” kimi tanınan nəhəng buz kütləsinin sürətlə əriməsinin qlobal təhlükə yaratdığını açıqlayıblar.

Tədqiqatçıların proqnozlarına görə, buzlağın tamamilə dağılması dünya okeanında səviyyənin təxminən 3 metr yüksəlməsinə səbəb ola bilər.

Bu qlobal dəyişiklikdən ən çox təsirlənəcək bölgələrdən birinin Sankt-Peterburq olduğu bildirilir. Belə ki, şəhərin aşağı səviyyəli ərazilərinin tamamilə su altında qalma riski mövcuddur.

Mütəxəssislər iqlim dəyişikliyinin sürətlənməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az