Qlobal istiləşmənin yaratdığı TƏHLÜKƏ:  2080-ci ilə qədər bu şəhərlər DƏYİŞƏCƏKbackend

Qlobal istiləşmənin yaratdığı TƏHLÜKƏ: 2080-ci ilə qədər bu şəhərlər DƏYİŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal istiləşmə 2080-ci ilə qədər şəhərlərin iqlimini dəyişmək təhlükəsi yaradır.

interpress.az xəbər verir ki, Merilend Universitetinin ekoloqu Metyu Fitspatrik 2080-ci ilə qədər hava şəraitini təsvir edən 40.000 icmanın xəritəsini tərtib edib. Qlobal iqlim dəyişikliyinə görə, əsrin sonunda şimal yarımkürəsindəki şəhərlər cənub yarımkürəsindəki şəhərlərə bənzəyəcək.

“Bizi gözləyən iqlim baxımından hər şey ekvatora doğru irəliləyir. Və ona nə qədər yaxınlaşsanız, həyat üçün uyğun şərtlər bir o qədər az qalacaq. Xüsusilə Mərkəzi Amerikada, Floridanın cənubunda və Şimali Afrikada”, – Fitspatrik bildirib.

Xüsusilə, Moskva 60 ildən sonra iqlim baxımından indiki Krasnodara bənzəyəcək. Murmanskda hava müasir Sankt-Peterburqa uyğun olacaq.

Eyni zamanda, ekstremal təbiət hadisələrinin – qasırğaların, çovğunların, tornadoların baş vermə ehtimalı artacaq.

Ən pis ekvatordakı bölgələr olacaq. Hazırda planet əhalisinin təxminən 40%-i bu ərazilərdə yaşayır – 3,3 milyarddan çox insan. Onların hamısı indiki iqlimdən daha ekstremal iqlimlə üzləşəcək.

Xuraman Etibarlı

İnterpress.az