“Ramin Bayramlı gözünün içinə qədər yalan deyir” –  Ən gərgin fazadayıq…backend

“Ramin Bayramlı gözünün içinə qədər yalan deyir” – Ən gərgin fazadayıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan Tibb Universitetinin dosenti Əli Əliyevin Yenisabah.az-a müsahibəsi:

– Əli bəy, Azərbaycanda koronavirusla bağlı yenidən kritik vəziyyət yaranıb. Situasiyanın bu cür gərginləşəcəyi gözlənilən idimi?

– Avqustun ikinci yarısında üçüncü dalğanın yaşanacağını xeyli əvvəl demişdim. Yəni gözlənilən idi, çünki hökumət lazım olan maariflənmə işini aparmır.

İkinci məsələ isə sanitar tədbirlərin həyata keçirilməməsidir. Bu, xüsusilə ictimai nəqliyyat, yas və toy mərasimlərinə nəzarətlə bağlıdır. İnsanlar ən çox həmin yerlərdə yoluxurlar. Bəzi hallarda lüzumsuz tədbirlər görülüb. Məsələn, son açılıma qədər insanları təmiz havada maska ilə gəzməyə məcbur edirdilər, amma ictimai iaşə müəssisələrində hər kəs maskasız ünsiyyət saxlaya bilirdi. Bu cür başa düşülməyən addımlar atılırdı.

Azərbaycanda koronavirusla bağlı Operativ Qərargahın toplantısını Prezidentin innovasiyalar üzrə köməkçisi həyata keçirir. Onun xəstəliyə nə aidiyyəti var, hansı virusoloji, tibbi bilikləri, praktik vərdişləri var? Ümumiyyətlə, hökumətin bütün işləri baş-ayaqdır. Xarici işlər nazirinin sözçüsü koronavirusla bağlı brifinq aparır, bəli, hökumət belə məntiqsiz işləyir. Ona görə də bütün bunlarda hökumətin subyektiv günahları var və həmin günahlar bu cür vüsət almaya gətirib çıxarır.

Burada mən süni çoxalma faktoru da görürəm. Çünki ola bilməz ki, may ayından iyulun sonunadək yaxın məsafələrin mövcudluğu şəraitində yaşayan cəmiyyətdə yoluxma az olduğu halda indi birdən-birə say artımı olsun. Ümumiyyətlə, ilk gündən mən virusa bioloji silah demişəm. Ştamların bir-birini bu cür əvəz etməsi onu göstərir ki, bunlar laboratoriyada yetişdirilmiş viruslardır, növbə ilə dövriyyəyə buraxılırlar.

– Bildiyiniz kimi, səhiyyənin yüksək inkişaf etdiyi dövlətlərdə də indiyədək virusun qarşısını almaq mümkün olmayıb.  Sizcə, nə baş verir?

– Burada da ayrıca bir faktor axtarmaq olmaz. Bu xəstəliyin yayılmasının səbəblərindən biri immunitet zəifliyidir. İnsanlar normal qidalanmalıdır ki, immunitet normal olsun və virus hər düşdüyü yerdə inkişaf edə bilməsin. Azərbaycan da qidalanma aşağıdır. İnsanlar normal vitaminli, zülal, karbohidrat, yağ tərkibli maddələr qəbul edə bilmirlər. Bunlar isə yoluxmanın çoxalmasına, pandemiyanın genişlənməsinə səbəb olan amillərdəndir. Düzdür, heç kəs onları birbaşa vasitə kimi müzakirə eləmir, amma bunların bilavasitə təsir göstərən amillər olması reallıqdır.

– Hazırda ölkədə “Sinovac”la bağlı inamsızlıq mövcuddur. Siz bu peyvənd barədə nə düşünürsünüz?

– Hazırlanmış vaksinlərlə bağlı bir məsələni qeyd edim ki, onların hamısı-“Sinovac”, “Pfizer”, “Moderna”, “AstraZeneca” birinci dalğada olan “Alfa” ştamına qarşı hazırlanmışdı. Ona görə də onların məntiqlə sonradan gələn “Beta”, “Gamma” və indi müzakirə etdiyimiz “Delta” versiyasında effekt göstərməsi inandırıcı deyil. Çünki vaksin ştamdan əldə edilmiş virusdakı zülal komponentinə, amin turşu ardıcıllığına uyğun hazırlanır. Bu gün fərqli ştamların ortaya çıxması isə o deməkdir ki, ilkin variantdan mutasiya olunmuş, formasını dəyişmiş zülal komponentli viruslar dövriyyədədir. Ona görə də vaksinlərin effektivliyinə inanmıram, məntiqlə bu cür olmamalıdır.

– Ramin Bayramlı açıqlama verib ki, süni nəfəs aparatına qoşulanların 97 faizi vaksin vurdurmayanlardır.

– Gözünün içinə qədər yalan deyir. Çünki təbliğat aparırlar ki, ölkədə vaksinasiya prosesi getsin. Əksinə, vaksin olunmuş adamlar xəstəliyi daha ağır keçirirlər. Şəxsi müşahidələrimə əsasən, bunu deyirəm. Vaksinasiya immuniteti, şəxslərin müqavimət qabiliyyətini zəiflədir. Vaksinasiya olunmuş şəxslər virusa süni şəkildə yoluxur.

Bundan əlavə, Azərbaycanda vaksinasiya düzgün aparılmır. İnsanlarımızın bir hissəsi yoluxsa belə, qeydiyyatdan keçməyib, ona görə də onları vaksinasiya prosesindən keçməyə məcbur edirlər. Hətta bir çox hallarda qeydiyyata alınanlara belə peyvənd vurdurmağa çalışırlar. Hökumət altı ay desə də, tibbi nöqteyi-nəzərdən virusa yoluxmuş adamlara ən azı bir il virus əleyhinə peyvənd vurulmamalıdır. O adamların qanında G anticismləri olur və onların mövcudluğu şəraitində vaksinasi olunmaq insanın immunitetinin zəifləməsi, yenidən yoluxma ehtimalının artması deməkdir. Bu da insanın xəstəliyi ağır keçirməsinə, müqavimət imkanlarının zəifləməsinə gətirib çıxarır.

Buradakı məsələ ilk növbədə orqanizmin individual immun sisteminin vəziyyəti ilə bağlıdır. Həkim kimi deyə bilərəm ki, peyvənd vurdurmadan yoluxmaq və müalicə olunmaq daha effektivdir, nəinki yoluxmanın kənardan vaksinasiya yolu ilə həyata keçirilməsi.

– Mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Təkrar qapanmalıyıq, yoxsa xəstəliklə yaşamağı öyrənməliyik?

– Tək yol maariflənmədir. İnsanlara izahat vermək lazımdır. Üçüncü dalğanın ən gərgin fazasındayıq, amma bu gün də xəstəliyin mövcudluğuna inanmayan nadanlara rast gəlirsən. Bu cəmiyyətdə maarif işinin aparılmadığını göstərir. Qarşılarına məqsəd qoyublar ki, hamını peyvəndləsinlər. Hər təbəqədən insan-süpürgəçidən polis nümayəndəsinədək hər kəs cani-könüldən bu işə qatılıb. İcra başçıları, bələdiyyə sədrləri, bank işçiləri, Sosial Müdafiə Fondunun əməkdaşları, bütövlükdə dövlət məmurları bu dəqiqə vaksinasiya işi ilə məşğul olurlar. Çünki yuxarından komanda gəlib. Belə olanda bunlar başları üstdə də gəzərlər. Savadsızlıq, məlumatsızlıq var.

Elə xəstəliklər var ki, onlarda vaksinasiya əks təsir göstərir.  Buraya qan xəstəliyi, şəkəri, təzyiqi olanlar, infarkt keçirənlər daxildir. Onların peyvənd vurdurmaları yolverilməzdir.  Amma peyvənd vurdurmağa gedəndə də heç kəs müayinə edilmir. Hamını bir ucdan aparırlar ki, gəl sən vaksin olun. Sonra da sənin ölümünə vaksinin, yoxsa başqa bir şeyin səbəb olduğunu sübut etmək olmur. Adam vaksin vurdurur, qanı qatılaşır, insult keçirir, həkim isə deyir ki, insult keçirib, bunun vaksinasiyaya nə aidiyyəti var? Amma bilavasitə bağlılığı var. Çünki qan qatılaşır, tromplaşır, damarlarda keçməzlik əmələ gəlir, bu beyin damarında baş verirsə, şəxs hemorragik insult, ürək damarında olduqda isə  miokard infarkt keçirir. Həkimlər də izah etməyə çalışırlar ki, guya bu adamların özlərinin xəstəliyidir, amma qətiyyən elə deyil. Bu məhz vaksinasiyanın fəsadıdır.

– Sizcə, virusla daha neçə il mübarizə aparmalı olacağıq?

– Fikrimcə, 2022-ci ildən başlayaraq bu məsələ səngiyəcək. Çünki artıq Co Bayden virusun hansı mənbədən çıxdığını öyrənmək üçün bir komissiya yaradıb. Konspiroloji hesab edilən birinci mərhələnin versiyaları artıq cəmiyyətdə yer almağa başlayıb. Nəticədə insanlar tədricən mariflənirlər. Ona görə də bu məsələdə tədricən səngimə olacaq. Dünya virus barədə məlumat toplayır və mənə elə gəlir ki, hökumətlər bundan sonra onun törədicilərinə qarşı müqavimət göstərməyə başlayacaqlar.