Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov və Ombudsman cərimələnibbackend

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov və Ombudsman cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 3 tanınmış şəxs cərimələnib.

İnterpress.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

İnterpress.az