Yaponiya hökuməti bildirib ki, onlar Şimali Koreyanın Yaponiyanın baş naziri Kişida Fumionun Pxenyana səfərinin “mümkün ola biləcəyi” ilə bağlı bəyanatlarını diqqətlə izləyiblər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
O, Kim Yo-jonqun Yaponiya baş naziri ilə bağlı açıqlamasına toxunub.
Kim Yo-jongun açıqlamasına ətraflı cavab verməməyi üstün tutduğu qeyd edilib, bunun “tutulan Yaponiya vətəndaşları problemi” ilə bağlı danışıqlara mənfi təsir göstərə biləcəyi vurğulanıb.
Kim Yo-jong deyib ki, əgər Tokio “məhbuslar” məsələsini maneə törətməsə, Baş nazir Kişidanın səfəri baş tuta bilər.
Yaponiyanın baş naziri Kişida Şimali Koreya lideri Kimdən yanvarın əvvəlində Noto yarımadasında və onun sahillərində baş verən zəlzələlərlə bağlı “xoşməramlı mesaj” aldığını bildirib.
Şərqi Asiyada Yaponiya və Şimali Koreya arasında diplomatik əlaqələrin olmaması səbəbindən Yaponiyanın baş nazirinin Şimali Koreya liderindən mesaj alması nadir hal sayılır.
Kyodo agentliyi 17 yapon vətəndaşının Şimali Koreya tərəfindən saxlanıldığını, 5 nəfərin isə geri göndərildiyini bildirib; Şimali Koreya isə sözügedən yaponlardan 4-nün ölkəyə heç vaxt girmədiyini və onlardan 8-nin öldüyünü iddia edir.