Rihannaya Milli Qəhrəman adı verildi – FOTO/VİDEObackend

Rihannaya Milli Qəhrəman adı verildi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barbados əsilli müğənni Rihanna ana vətəninin Milli Qəhrəmanı adına layiq görülüb. Bu barədə Barbadosun Baş naziri Mia Mottli bildirib.

“Bir millət və qürurlu xalq adından sizi – səfirimiz Robin Rihanna Fentini Barbadosun milli qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənizin qüruru olmağa davam edin”, – deyə o, respublikanın elan edilməsi mərasimində iştirak edən müğənniyə bildirib.

Qeyd edək ki, Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.