Rumıniyada 100-dən çox tibb müəssisəsinə ransomware hücumubackend

Rumıniyada 100-dən çox tibb müəssisəsinə ransomware hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada 100-dən çox səhiyyə müəssisəsi və xəstəxananın səhiyyə idarəetmə sistemləri “fidyə proqramı hücumu”na görə fəaliyyətini dayandırıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hakerlər ölkə üzrə onlarla səhiyyə müəssisəsini, o cümlədən uşaq və təcili tibbi yardım xəstəxanalarını hədəfə alıblar.

Rumıniya Səhiyyə Nazirliyi hücumun əsasən ötən gecə baş verdiyini və ölkədə geniş istifadə olunan tibbi məlumat sistemini hədəf aldığını açıqlayıb.

Ransomware hücumu zamanı 25 xəstəxana və 79 səhiyyə müəssisəsinin sistemləri işlək vəziyyətdə olmadığı halda, ehtiyat tədbiri olaraq digər müəssisələrin sistemləri sıradan çıxarılıb.

Hakerlər şifrələdikləri faylların kilidini açmaq üçün təxminən 165.000 dollar dəyərində 3,5 bitkoin tələb ediblər.

Səlahiyyətlilər zərərli proqramın növünün müəyyən edildiyini, lakin cavabdehlərin şəxsiyyətinin araşdırıldığını və hadisə ilə bağlı hərtərəfli araşdırmaların davam etdiyini bildiriblər.

İngiltərədə 2017-ci ildə oxşar hücuma görə 80 səhiyyə müəssisəsində sistem pozulub və təxminən 7000 görüş ləğv edilib və ya yenidən təşkil edilib.