Rumıniyada ayı mehmanxanaya GİRDİ: Polis köməyə GƏLMƏDİ – VİDEObackend

Rumıniyada ayı mehmanxanaya GİRDİ: Polis köməyə GƏLMƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada ayı mehmanxanaya daxil olub. Polis “fövqəladə hal deyil” deyərək gəlməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Brașov Știri” portalı məlumat yayıb.

Rumıniyanın Poiana-Braşov dağ kurortunda yerləşən mehmanxanalardan birində qorxulu anlar yaşanıb. Mehmanxanaya daxil olan ayı işçilər və qonaqlar arasında ciddi təşviş yaradıb.

Mehmanxana əməkdaşlarından biri “112” təcili yardım nömrəsinə zəng edərək kömək istəsə də, rəsmi qurumdan gözlənilməz cavab alıb.

“Həmkarım “112”yə zəng etdi, lakin ona bildirildi ki, ayının mehmanxanada olması fövqəladə hal hesab edilmir və bizə bir daha zəng etməməyi tapşırdılar”, – mehmanxana işçisi bildirib.

Yerli hakimiyyət orqanları isə bölgədə vəhşi yırtıcıların nəzarətsiz şəkildə çoxalmasından şikayətlənir.

İnsident kurort ərazisində insanların təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.

Xuraman Etibarlı

İnterpress.az