“Rusiya Ermənistanın dövlətçiliyini qurmaq yolunda ona mane olur” – Erməni deputatbackend

“Rusiya Ermənistanın dövlətçiliyini qurmaq yolunda ona mane olur” – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın dövlətçiliyini qurmaq yolunda ona müdaxilə edir.

interpress.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Akop Aslanyan erməni mediası ilə söhbətində deyib.
“Ermənistan dövlətçilik yolu ilə gedir və bu işdə Avropa bizə kömək edir, Rusiya isə bizə mane olur”, – Aslanyan bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətinin bərqərar olmasına nail olmaq, Zəngəzur dəhlizi adlanan ərazini əldə etmək və bütün məsələləri bağlamaq istəyir.

“Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir və Avropa deyir ki, bu, bizim olmaq yolunda bizə kömək edəcək. Bütün fərq budur. Bəziləri bizə kömək edir, bəziləri isə mane olur”, – deyə o əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az