Rusiya FHN Dağlıq Qarabağa 30 nəfərlik qrup göndərdibackend

Rusiya FHN Dağlıq Qarabağa 30 nəfərlik qrup göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 30 nəfərlik operativ qrupu Dağlıq Qarabağ əhalisinə yardım göstərmək üçün Moskva yaxınlığındakı Jukovski hava limanından uçub.

Bu barədə Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev məlumat verib.

“Mərkəzi aparatın mütəxəssislərindən ibarət operativ qrup vəziyyəti yerində qiymətləndirəcək və mülki əhaliyə lazımi kömək göstərilməsi üçün gələcək tədbirləri koordinasiya edəcək. Ümumilikdə 30 nəfər göndərilib”, – deyə nazir bildirib.

Bundan əlavə, nazirliyin xilasetmə mərkəzlərindən 150 nəfərlik xüsusi qrup və 20 texnika hazır vəziyyətə gətirilib. Yerli əhaliyə tibbi yardım göstərmək zərurəti olacağı təqdirdə Fövqəladə Hallar Nazirliyi aeromobil hospital göndərməyə hazırdır.

İnterpress.az