Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirməyə hazırlaşırbackend

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina faiz endirimlərinin ilin ikinci yarısında başlayacağına işarə edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

“Biz hesab edirik ki, faiz dərəcəsinin aşağı salınması yumşaq, ardıcıl addımlarla həyata keçiriləcək”, – Nabiullina bildirib.

Nabiullina Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 16 faiz sabit saxlamaq qərarından sonra jurnalistlərə açıqlama verib.

Faiz endiriminin mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayan Nabiullina deyib: “İnflyasiyanın sürətli bir yavaşlamadan yox, mərhələli şəkildə soyumasından bəhs etdiyimiz üçün faiz endiriminin daha yumşaq, ardıcıl addımlarla ediləcəyini düşünürük”.

Sözügedən addımların ölçüsünün inflyasiyaya bağlı olduğuna diqqət çəkən Nabiullina bildirib: “Faiz nisbətində ilk azalmanın başlaya biləcəyi zaman həmkarlarımızla məsləhətləşdik. Rəylər kifayət qədər müxtəlifdir, lakin əksəriyyət bunun bu ilin ikinci yarısında baş verəcəyini düşünür”.

Nabiullina qeyd edib ki, Rusiya iqtisadiyyatında tənəzzül təhlükəsi yoxdur.

Rusiyada ixrac edən şirkətlərin xarici valyuta satmaq öhdəliyinə münasibət bildirən Nabiullina əlavə edib: “Rusiya Mərkəzi Bankı valyuta gəlirlərinin məcburi satışı ilə bağlı qərarın uzadılması üçün tutarlı səbəblər görmür. Bizim fikrimizcə, məzənnənin sabitləşməsinə yönəlmiş bu tədbirin əhəmiyyəti digər tədbirlərlə müqayisədə xeyli azdır”.