Rusiya Federasiyası Qazaxıstan vasitəsilə Qırğızıstan və Özbəkistana qaz tədarük edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. TASS yazır ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində “Qazprom” Qazaxıstanla qaz tranziti üçün Özbəkistan və Qırğızıstana müqavilələr imzalayıb. Onlar 2025-2040-cı illər üçün imzalanıb.
Müqavilələrdə Qırğızıstanın şimal və cənubuna qaz tədarükü nəzərdə tutulur və imzalayanlar arasında Elektrik Stansiyaları və Bişkekteploenerqo şirkətləri də var.
Bundan əlavə, “Qazprom” və Qazaxıstan Rusiya qazının Özbəkistana nəqlini artırmaq üçün fəaliyyət planı imzalayıb.
Xuraman Etibarlı
İnterpress.az