Rusiya Şahed dronları istehsal etmək üçün afrikalı tələbələri işə götürür.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Rusiya Afrika işçi qüvvəsi və İranın logistika şəbəkələrinə toxunaraq hücum dronlarının istehsalını artırır”, – nəşr yazıb.
Qeyd olunur ki, Uqandadan olan tələbələrə Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında pilotsuz uçan aparatların hazırlanmasında iştirak etdikləri üçün Rusiya Federasiyasında aylıq 1000 dollar maaşla pulsuz yerləşmə və təhsil təklif olunur.
Xuraman Etibarlı
İnterpress.az