Ukrayna ərazi müdafiəsinin keçmiş nümayəndəsi Sara Eşton-Cirillo Rusiyada axtarışa verilib.
İnterpress.az xəbər verir ki, müvafiq məlumat iyunun 5-də Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında yer alıb.
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin keçmiş nümayəndəsi transseksual Sara Eşton-Cirillonu axtarışa verib.
“Eşton-Cirillo Sara 07/09/1977. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, – məlumat bazasında deyilir.
Məlumat bazasında onun hansı maddə ilə axtarıldığı göstərilmir.
O, 2 avqust 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin spikeri olub və həmin ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb.
2024-cü il fevralın əvvəlində Rosfinmonitorinq onu rusiyalı jurnalistlərə qarşı təhdidlərə görə ekstremistlər və terrorçular siyahısına daxil edib.
Xuraman Etibarlı
İnterpress.az