Rusiya-Ukrayna danışıqları BAŞ TUTMAYA BİLƏRbackend

Rusiya-Ukrayna danışıqları BAŞ TUTMAYA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqlar baş tutmaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Yermak deyib ki, Putinin Türkiyədəki danışıqlarda iştirakdan imtina etməsi Ukrayna üçün Rusiyanın münaqişəni dayandırmaq istəməməsinin son siqnalı olacaq.

O, həmçinin bəyan edib ki, görüş yalnız tam atəşkəsdən sonra mümkündür.

Öz növbəsində Zelenski İstanbulda Putindən başqa heç kimlə görüşmək fikrində olmadığını bildirib.

Rusiya tərəfi bəyan edib ki, danışıqlardan imtina etmir və ilkin şərt və müxtəlif ultimatumlar olmadan masa arxasına oturmağa hazırdır.

Xuraman Etibarlı

İnterpress.az