Rusiyada erməni Ukraynada döyüşüb yaralanan hərbçini bıçaqlayıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Krasnodar diyarının Armavir şəhərində erməni Rusiyanın ordusunun Ukraynada döyüşən üzvünü bıçaqla vurub.
İyulun 14-də Salvador karaoke barının yaxınlığında Albert Pilosyan ağır yarasından sonra reabilitasiya kursu keçən Şimal Hərbi Dairəsinin veteranı Oleq Ryabçikovu bıçaqlayıb.
Ağır yaralanmış Oleq reanimasiyaya yerləşdirilib. Onun qaraciyəri, dalağı və böyrəkləri zədələnib.
O, 2 dəfə əməliyyat olunub, bir böyrəyi çıxarılıb.
Hazırda Oleq komadadır, vəziyyəti qeyri-stabildir və həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Erməni aradan çıxmağı bacarıb. Hazırda Albert Pilosyan axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az