Rusiyada hərbçilərdən VƏHŞİLİK: Tank hərəkətdə olan avtomobilin ÜZƏRİNDƏN KEÇDİ – FOTObackend

Rusiyada hərbçilərdən VƏHŞİLİK: Tank hərəkətdə olan avtomobilin ÜZƏRİNDƏN KEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus ordusunun tankı mülki avtomobili əzib sürücünü öldürüb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Bildirilir ki, bu səhər Belqorod vilayətində dəhşətli hadisə baş verib.

Rusiya SQ-nin tank heyəti döngədən çıxarkən minik avtomobilinə yol vermək istəməyib. Nəticədə tank maşının üzərindən keçərək yoluna davam edib.

Sürücü Konstantin Lopatkin dünyasını dəyişib. O, ərzaq satdığı yarmarkadan evə gedirdi. Müstəntiqlərin fikrincə, o, “ürəktutmadan” ölüb.

Şahidlərin dediyinə görə, tank ekipajı “dəhşətli vəziyyətdə olub və onların üzünə gülüb”.

Yerli media bu hadisəni belə şərh edib:

“Bu sürətlə sərhəd rayonlarından olan ruslar bizim hərbçilərdən əvvəl qorxacaq, sonra isə nifrət edəcəklər”.

Qeyd edək ki, bu, Belqorod vilayətində ilk belə hal deyil. İyunun əvvəlində sərxoş hərbçilərin olduğu tank Qrayvoron sakininin avtomobilinin üzərinə keçərək qaçmağa cəhd edib. Daha sonra məsələ Daxili İşlər Nazirliyi tərəfindən ört-basdır edilib.

Xuraman Etibarlı

İnterpress.az