Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar varbackend

Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Vladimir yaxınlığındakı hərbi hissədə mərmi partlayıb.

İnterpress.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanaya yerləşdirilib, üçünə isə yerindəcə tibbi yardım göstərilib.

O da bildirilir ki, partlayış hərbi hissənin anbarında qeydə alınıb.