Rusiyada kondisioner PARTLADI – İki nəfər ÖLDÜ – FOTObackend

Rusiyada kondisioner PARTLADI – İki nəfər ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufada kondisioner partlayıb, alışıb və iki nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ufada Pekinskaya küçəsində baş verən yanğına səbəb ikimərtəbəli binanın mənzillərindən birində kondisionerin alışması olub. Hadisə nəticəsində ər və arvad ölüb. Onların 17 yaşlı qızı qalıb.

Valideynləri yatarkən qız yanğını görüb və qonşuları köməyə çağırıb. Amma artıq gec olub, çünki ata və ana xilas ola bilməyib, tüstüdən boğulublar.

Yanğına səbəb kondisionerin daxilindəki nasazlıq olub.

Xuraman Etibarlı

İnterpress.az