Rusiyada süni intellekt tətbiqi tibbi ixtisas imtahanından keçə bilibbackend

Rusiyada süni intellekt tətbiqi tibbi ixtisas imtahanından keçə bilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən böyük maliyyə qurumu “Sberbank”ın hazırladığı “GigaChat” süni intellekt proqramı tibb fakültəsini bitirən tələbələr üçün imtahanı uğurla başa vurub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

“Russia Today”in məlumatına görə, Sberbank verdiyi açıqlamada GigaChat-ın 6 illik tibb təhsili alan tələbələrin verdiyi bilik imtahanından uğurla keçdiyini açıqlayıb.

GigaChat 100 suallıq testdə 82 faiz müvəffəqiyyət əldə edib. O, həmçinin cərrahiyyə, ginekologiya və mamalıq sahələrində üç ayrı iş üzrə şifahi imtahanı tamamlayıb.

GigaChat-ı inkişaf etdirən mütəxəssislər alqoritmin testdən keçməsi üçün 6 aylıq təlim prosesindən keçdiklərini və bu müddət ərzində Rusiyada tibb fakültəsi tələbələrinin istifadə etdiyi məqalələrdən və dərsliklərdən istifadə edildiyini vurğulayıblar.

Bank xidmətləri ilə yanaşı, son illərdə texnologiyaya investisiyaları ilə gündəmə gələn Sberbank, 2023-cü ilin aprel ayında ABŞ mərkəzli OpenAI-nin süni intellekt tətbiqi ChatGPT-yə alternativ olaraq inkişaf etdirdiyi GigaChat-ı istifadəyə verib

Söhbət, kodlaşdırma və şəkillər hazırlamaq kimi imkanlara da sahib olan platforma beynəlxalq rəqiblərindən fərqli olaraq rus dilində daha “ağıllı” ünsiyyət qura bilir.

2024-cü ilin yanvar ayına olan məlumata görə, GigaChat-ın 2,5 milyondan çox istifadəçisi var.