Rusiyada elektrik yarımstansiyasında terror aktının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, FTX Nijni Tagildə hərbi-sənaye kompleksi müəssisələrindən birini və Sverdlovsk dəmir yolunun infrastrukturunu təchiz edən elektrik yarımstansiyasında terror aktının qarşısını alıb.
Sverdlovsk vilayətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq törətmək üçün pul mükafatı almağı planlaşdıran 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin üzərindən əldəqayırma yandırıcı qurğuların hazırlanması üçün komponentlər, həmçinin Telegram messencerində Ukrayna kəşfiyyat xidmətləri ilə yazışmalar aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az