Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı qəzaya uğrayan təyyarə Rusiyaya məxsus olub.
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzaya düşən “BE-200” amfibiya təyyarəsində 8 nəfər olub. Onlardan 5-i Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır.
Rusiya hadisənin səbəbini araşdırmaq üçün əraziyə komissiya göndərəcək.