Rusiyanın azərbaycanlı deputatı Sibiri özbəklərin tarixi torpağı ADLANDIRDI – VİDEObackend

Rusiyanın azərbaycanlı deputatı Sibiri özbəklərin tarixi torpağı ADLANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sibir özbəklərin tarixi torpağıdır.

İnterpress.az xəbər verir ki, bunu vilayət Dumasının sessiyası zamanı deputat Tağızadə Xalid Böyükağa oğlu deyib. O, Özbəkistandan Yuqraya kütləvi miqrant axınını belə izah edib.

Xantı-Mansiysk Muxtar Dairəsindən olan deputat miqrasiya siyasətinin yeni variantını açıqlayıb. Onun sözlərinə görə, özbəklər Sibirə öz “tarixi vətənlərinə” qayıdırlar.

O bildirib ki, vaxtilə Sibir xanlığı var idi və onu özbək sülaləsinin nümayəndəsi Xan Kuçum idarə edirdi.

“Miqrantlar da fərqlidir. Məsələn, özbəklərə gəlincə. Burada Yuqra və Tümen vilayətinin bir hissəsi var – bura tarixən Sibir xanlığı olub. Məlum olduğu kimi, Xan Kuçum idarə edib. Ola bilsin ki, miqrantlar bura öz tarixi vətənlərinə gəlirlər”, – deputat deyib.

Qeyd edək ki, Tağızadə Xalid Böyükağa oğlu 15 noyabr 1878-ci ildə Sumqayıtda anadan olub.

Xuraman Etibarlı

İnterpress.az