Rusiyanın raket zərbəsindən sonra Zelenski müdafiə nazirinə tapşırıq verib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Teleqram kanalında yazıb.
Rusiyanın raket zərbəsindən sonra Zelenski müdafiə naziri Umerova Ukraynanın hava hücumundan müdafiəni gücləndirmək tələbləri ilə bağlı dərhal tərəfdaşlarla əlaqə saxlamağı tapşırıb.
Prezidentin sözlərinə görə, Rusiya Federasiyası bütün ölkə boyu 70 raket və və 150-yə yaxın pilotsuz təyyarədən istifadə edib.
Zelenski həmçinin Cənubi Afrikaya səfərinin bir hissəsini ləğv etdiyini və bu barədə Cənubi Afrika prezidenti Ramafosa məlumat verəcəyini bildirib.
“Mən bu səfərin proqramının bir hissəsini ləğv edirəm və Cənubi Afrika prezidenti ilə görüşdən sonra dərhal Ukraynaya qayıdacağam”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az