Ryanair İsrailə uçuşları ləğv etmək qərarına gəlibbackend

Ryanair İsrailə uçuşları ləğv etmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyada yerləşən Ryanair hava yolu şirkəti İsrailə uçuşların ləğv edildiyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Şirkətdən verilən açıqlamaya görə, fevralın 27-dən etibarən Təl-Əvivə planlı uçuşların ləğv edilməsinə qərar verilib.

Açıqlamada qərarın səbəbi kimi Ben Qurion Hava Limanının 1-ci Terminalının ucuz bilet satan hava yolu şirkətlərinin istifadəsinə bağlanması göstərilib.

“Ryanair təsdiq edir ki, təəssüf ki, 27 Fevral Çərşənbə axşamı günü Təl-Əvivə və oradan planlaşdırılan reyslərini ləğv edib, çünki Ben Qurion hava limanındakı 1-ci Terminal artıq ucuz, aşağı tarifli aviaşirkətlər üçün əlçatan deyil”, – Ryanair-in bəyanatında deyilir.

Açıqlamada qeyd olunub ki, hazırda sözügedən hava limanında yalnız bahalı terminal 3-dən istifadə olunur.