İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.