Sadio Mane dünya çempionatında oynamayacaqbackend

Sadio Mane dünya çempionatında oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya “Bavariya”sının və Seneqal millisinin futbolçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.

Bu barədə Seneqal komandası məlumat yayıb.

Futbolçunun Bundesliqada “Verder”lə matçda (6:1) aldığı zədə sağalmayıb. Münhen klubu da rəsmi saytında futbolçunun əməliyyat olunduğunu açıqlayıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.