Serbiya ordusu Kosovo sərhədinə yerləşdirilirbackend

Serbiya ordusu Kosovo sərhədinə yerləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya ordusu Kosovo ilə sərhədə yerləşdiriləcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Serbiya bildirib ki, ordu ayıq-sayıq qalacaq və yerli vaxtla saat 14:00-a qədər ölkənin Kosovo ilə sərhədinə yerləşdiriləcək.

O, bölgədəki problemin siyasi yollarla həllini gözlədiklərini qeyd edib.

Vuçeviç Serb Baş Qərargah rəisi Milan Mojsiloviçin Kosovodakı serblərin təhlükəsizliyini qorumaqdan məsul olan NATO Sülh Qüvvələri (KFOR) səlahiyyətliləri ilə əlaqə saxladığını söyləyib.

Vuçeviç həmçinin qeyd edib ki, Serbiya ordusu həm də baş komandan olan prezident Aleksandr Vuçiçin hər əmrini yerinə yetirməyə hazırdır.

Xatırladaq ki, Kosovo 117 ölkə tərəfindən “müstəqil dövlət” kimi tanınsa da, şimalında davam edən etnik gərginlik və BMT-yə üzv ola bilməməsi səbəbindən “Avropanın dondurulmuş münaqişə zonalarından biri” kimi xarakterizə edilir.

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.

Vaxtaşırı qarşıdurma yaşayan Serbiya və Kosovo, 2011-ci ildə başlanan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində əlaqələrin normallaşması və nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapmağa çalışır.