Serbiya xüsusi təyinatlıları evli cütlüyün 89 yaşlı qatilini məhv edib.
interpress.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
Serbiya Daxili İşlər Nazirliyinin xüsusi antiterror bölməsinin əməkdaşları ər-arvadı öldürən, daha bir nəfəri isə yaralayan 89 yaşlı cinayətkarı məhv ediblər.
“Bu gecə xüsusi antiterror bölməsinin əməkdaşları ikiqat qatil P.P.-ni zərərsizləşdiriblər. Maydanpek şəhəri yaxınlığındakı Topolnitsa kəndində 1935-ci il təvəllüdlü qatil 1955-ci və 1956-cı il təvəllüdlü evliı cütlüyü tapança ilə qətlə yetirib və 1965-ci il təvəllüdlü daha bir nəfəri yaralayıb”, – Daçiç bildirib.
“Danışıqlara cəhdlərə, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edilməsinə baxmayaraq, şəxs təslim olmaqdan imtina edib və əlindəki tapança ilə polisə müqavimət göstərib. Bundan sonra polis qanunvericiliyinə və polisin səlahiyyətlərinə uyğun olaraq, polisin Xüsusi antiterror bölməsinin əməkdaşları onu məhv etdi”, – Daçiç yekunlaşdırıb.
Hadisə iyulun 15-də axşam saatlarında baş verib. Şübhəli şəxs münaqişə zəminində qonşuluqda yaşayan ər-arvadı güllələyərək öldürüb, daha bir nəfəri yaralayıb və meşəyə qaçıb. Əməliyyat zamanı Daxili İşlər Nazirliyi PUA, gecəgörmə cihazları və helikopterdən istifadə edib.
Xuraman Etibarlı
İnterpress.az