Sərhədsiz Həkimlər (MSF) təşkilatı Sudanın qərbindəki Şimali Darfur əyalətinin Faşir şəhərində qida çatışmazlığından hər 2 saatda ən azı bir uşağın öldüyünü bildirərək, beynəlxalq ictimaiyyəti “təcili səfərbərliyə” çağırıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. MSF tərəfindən dərc edilən hesabatda, Faşir şəhərindəki Zəmzəm qaçqın düşərgəsində aparılan sağlamlıq müayinəsinin nəticələrinə görə, düşərgədəki uşaqların dörddə birinin qida çatışmazlığı riski altında olduğu, yüzdə 7-nin isə bu vəziyyətdə olduğu bildirilib.
Hesabatda beynəlxalq ictimaiyyət tərəfindən “təcili səfərbərlik” tələb olunur və düşərgədə ümumi gündəlik ölüm nisbətinin həyəcan verici səviyyələrə çatdığı qeyd olunur.
Xəbərdə şəhərdə ailələrin uşaqları üçün əsas sağlamlıq xidməti ala biləcəkləri yer qalmadığına diqqət çəkilərək, münaqişə tərəflərindən Zəmzəm düşərgəsinə və Şimali Darfura humanitar yardımların çatması üçün təcili olaraq Faşir hava limanını açmağa çağırılıb.
Hesabatda daha çox insan itkisinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Ciddi dərəcədə pis qidalanan uşaqlar 3-6 həftə ərzində ölüm riski ilə üzləşirlər.
MSF-nin Sudandakı Təcili Müdaxilə Mütəxəssisi Claire Nicolet, Faşir şəhərindəki Zəmzəm düşərgəsində baş verənlərin fəlakətli olduğuna diqqət çəkib: “Düşərgədə hər 2 saatdan bir ən azı bir uşağın qida çatışmazlığı səbəbindən öldüyünü təxmin edirik”.
Hər gün təxminən 13 uşağın öldüyünü təxmin etdiklərini ifadə edən Nicolet deyib: “Ciddi dərəcədə pis qidalanan uşaqlar, müalicə almadıqları təqdirdə 3-6 həftə içində ölmə riski ilə qarşı-qarşıya qalırlar. Onların vəziyyəti bir sağlamlıq təşkilatına çatdıqda müalicə edilə bilər. lakin insanların çoxu bunu edə bilməz”.
Düşərgədə ölümləri azaltmaq üçün müdaxilə etdiklərini, lakin bunun qeyri-kafi olduğunu izah edən MSF hadisələrin durmadan artdığı üçün köməyə ehtiyac duyduqlarını vurğulayıb.