Səudiyyə Ərəbistanının müdafiə naziri husiərin düşməni ilə görüşüb.
interpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin rəhbəri Xalid bin Salman X hesabında yazıb.
Bin Salman Ciddədə husilərə düşmən olan Yəmənin “ikinci” hökumətinin baş naziri Mübarəklə görüşüb.
Husilərin Qırmızı dənizdəki hücumları müzakirə edilib. Bin Salman krallığın Yəmən hökumətini və xalqını dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az