Səyyad Əlizadə vəfat edibbackend

Səyyad Əlizadə vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

Bu barədə İnterpress.az-a onun qohumları məlumat verib.

Qeyd edək ki, S. Əlizadə bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsini davam etdirmək üçün Mərkəzi Gömrük Hospitalına köçürülüb və EKMO cihazına qoşulub.

Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında “Xoş gördük, tələbə” verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin “Araz” ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk “Təbrizim” albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxıb. Son dövrdə “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə və “Bəyaz gecələr” MMC-yə rəhbərlik edirdi.