Şimal dənizində neft tankeri toqquşduqdan sonra yanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Böyük Britaniya sahillərində Şimal dənizində yük gəmisi ilə toqquşan neft tankeri yanıb. Hadisəni Britaniya Sahil Mühafizəsi təsdiqləyib.
Hazırda hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatı aparılır.
Fövqəladə vəziyyət zonasına bir neçə xilasedici qayıq və bir helikopter göndərilib.
Tələfat və ya mümkün fəsadlar barədə hələlik məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az