Soçidə turist hasardan aşmağa çalışarkən ağır xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Soçi şəhərində yerləşən “Romanovski park” yaşayış kompleksində turist üçün faciə ilə nəticələnə biləcək hadisə yaşanıb.
İjevsk şəhərindən gələn Roman adlı turist gecə saatlarında hasardan aşmağa çalışarkən müvazinətini itirib və hasarın ucu şiş dəmirinin üzərinə düşüb.
Dəmirlər onun ayağını tamamilə deşib.
Hadisə gecə saat 01:00 radələrində baş verib və küçədə heç kimin olmadığı bir vaxtda baş verdiyi üçün turist köməksiz vəziyyətdə qalıb.
Xoşbəxtlikdən, hadisəni görən yerli sakin dərhal köməyə qaçıb və xilasediciləri çağırıb.
Təxminən 15 dəqiqə davam edən xilasetmə əməliyyatı nəticəsində Roman hasarın üzərindən endirilib. Çoxlu qan itirən şəxs dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin təcili cərrahiyyə əməliyyatı sayəsində turistin həyatı və ayağının funksionallığı qorunub saxlanılıb.
Həkimlər qeyd edirlər ki, o, möcüzə nəticəsində şikəst qalmaqdan xilas olub.
Qeyd edək ki, bu, Romanın kurortdakı son günü olub və o, səhər İjevskə evə qayıtmağa hazırlaşırmış.
Xuraman Etibarlı
İnterpress.az






