Paris Disneylandda “Soyuq ürək” cizgi filminin qəhrəmanı Olafın robotu “bayılıb”.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paris Disneylandda ziyarətçilərə əyləncəli anlar bəxş etmək üçün istifadə olunan, “Soyuq ürək” (Frozen) cizgi filminin məşhur qəhrəmanı Olafın realist robotu gözlənilməz bir hadisə ilə üzləşib.
Ziyarətçilərlə söhbət etdiyi zaman robot anidən hərəkətsizləşərək yerə yıxılıb. Sosial mediada yayılan görüntülərdə robotun sanki “bayıldığı” və nasazlıq yaşadığı görünür.
Hadisədən dərhal sonra parkın əməkdaşları müdaxilə edərək robotu ərazidən uzaqlaşdırıblar.
Xuraman Etibarlı
İnterpress.az






