Ştutqartda avtomobilin insanları vurması nəticəsində 8 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, Almaniyanın Ştutqart şəhərində avtomobil bir qrup insanın üzərinə çırpılıb, 8 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Hələlik qurbanlar haqqında başqa təfərrüatlar yoxdur, lakin hadisə yerindən fotoda uşaq arabası görünür.
Qəzetin məlumatına görə, avtomobilin sürücüsü saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az