Sumqayıtda 2 bıçaqlanma hadisəsi olubbackend

Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az