Sumqayıtda qadın qətlə yetirilib, oğlu saxlanılıbbackend

Sumqayıtda qadın qətlə yetirilib, oğlu saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində 65 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt Şəhər Prokurorluğundan isə “Report”a bildirilib ki, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.