Suriya Türkiyə və Rusiya ilə onların ölkədəki hərbi mövcudluğu ilə bağlı DANIŞIQLAR APARIRbackend

Suriya Türkiyə və Rusiya ilə onların ölkədəki hərbi mövcudluğu ilə bağlı DANIŞIQLAR APARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya hökuməti hazırda Türkiyə və Rusiya ilə onların ölkədəki hərbi mövcudluğu ilə bağlı danışıqlar aparır.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya prezidenti əl-Şaraa “The New York Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Moskva onilliklər ərzində Suriya hərbçilərini silahla təmin edib və ölkədəki elektrik stansiyalarına texniki dəstək verib.

“Biz bu maraqları nəzərə almalıyıq”, – əl-Şaraa qeyd edib.

Nəşr qeyd edir ki, Ankara üçün Suriyanın yeni hakimiyyət orqanları ilə hərbi razılaşma onun İsrail sərhədləri yaxınlığında təsirini genişləndirməyə, həmçinin “şimalda kürd silahlı qruplarının (PKK/YPG) gücünü məhdudlaşdırmağa və İranı nəzarətdə saxlamağa” kömək edə bilər.

Rusiya da öz növbəsində Suriya ərazisində hərbi bazalarını saxlamaqda strateji maraqlara malikdir.

Əl-Şaraa həmçinin ABŞ hökumətini Əsəd rejimi dövründə tətbiq edilən bütün sanksiyaları ləğv etməyə çağırışını təkrarlayıb.

O, bu məhdudiyyətlərin ölkə iqtisadiyyatının inkişafına mane olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az