Sürücülük vəsiqəsi almaqda vətəndaşlara yardım edəcəyini deyən dələduz SAXLANILDIbackend

Sürücülük vəsiqəsi almaqda vətəndaşlara yardım edəcəyini deyən dələduz SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda dələduzluq edən şəxs müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin may ayından sentyabr ayınadək olan müddətdə beş nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6 250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.