Tacikistan “qara rəngdən çəkinməyə” ÇAĞIRIŞ ETDİbackend

Tacikistan “qara rəngdən çəkinməyə” ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan “qara rəngdən çəkinməyə” çağırıb.

interpress.az xəbər verir ki, bu barədə Tacikistan İslam Mərkəzinin Üləmalar Şurasının iyulun 26-da verdiyi “Milli geyim haqqında” fətvada deyilir.

Sənədə əsasən, üləma fətva verərkən Hənəfi hüquq məktəbinin müddəalarına əsaslanıb.

Tacikistan sakinləri dar paltar və qara paltar geyinməməlidirlər.

“Dinimiz nöqteyi-nəzərindən qara rəng vacib olmadığından, həm də milli xüsusiyyətlərimizə, coğrafi şəraitimizə uyğun gəlmədiyi üçün dar və qara qadın paltarı, ipək və bədən üzvlərini görünən digər əşyalar geyinmək tövsiyə edilmir”, – fətvada deyilir.

Əvvəllər ölkə prezidenti Emomali Rahmon satr və hicab – müsəlman qadınlar üçün başını və boyunu örtən hicabları taciklər üçün yad adlandırıb.

İyun ayında Tacikistan Prezidenti iki İslam bayramı olan və müsəlman bayramları – Qurban və Ramazan bayramı günlərində “yad paltar” geyinməyi və uşaq məclislərini qadağan edən qanunlar imzalayıb.

Xuraman Etibarlı

İnterpress.az