Tailandın keçmiş baş naziri monarxiyanı təhqir etməkdə İTTİHAM OLUNURbackend

Tailandın keçmiş baş naziri monarxiyanı təhqir etməkdə İTTİHAM OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandın keçmiş baş naziri Çinavat monarxiyanı təhqir etməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Thai PBS” məlumat yayıb.

Tailandın Baş Prokurorluğu keçmiş baş nazir Taksin Çinavatı monarxiyanı təhqir etməkdə ittiham edib və bu, 3 ildən 15 ilə qədər həbs cəzası tələb edir.

Çinavatın COVID-19 səbəbiylə təxirə salınmasını tələb etməsindən sonra işin iyunun 18-də məhkəməyə gedəcəyi gözlənilir.

Prokurorluq hesab edir ki, Çinavat 2015-ci ilin mayında Seulda etdiyi şərhlərdə monarxiyanı ləkələyib.

74 yaşlı Taksin Çinavat 15 illik sürgündən sonra 22 avqust 2023-cü ildə Taylanda qayıdıb. Hava limanında qohumları və tərəfdarları ilə əlaqə saxladıqdan dərhal sonra o, Ali Məhkəməyə gətirilib.

Məhkəmə bir neçə hökmü qüvvədə saxlayıb, ümumilikdə 8 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş baş nazir daha sonra krala əfv olunması üçün müraciət edib. Tailand kralı Maha Vaçiralonqkorn (Rama X) ölkənin inkişafına verdiyi töhfəni nəzərə alaraq onu əfv edib və cəzasını bir ilə qədər azaldıb. Fevralın 18-də Çinavat şərti azadlığa buraxıldıqdan sonra həbsdən azad edilib.

Xatırladaq ki, Çinavat 2001-2006-cı illərdə Tailandın baş naziri olub. O, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında olarkən Quru Qoşunlarının Ali Baş Komandanı Sontxi Bunyaratqlinin rəhbərlik etdiyi bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib. Çinavat xaricdə qalmağa məcbur olub.

Xuraman Etibarlı

İnterpress.az