Tanınmış jurnalistə vəzifə verildibackend

Tanınmış jurnalistə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist, “Lider” Televiziyasının aparıcısı Teymur Məmmədov (Mərdanoğlu) Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi təyin edilib.

Bu barədə interpress.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Teymur Mərdanoğlu 1983-cü ildə anadan olub. 2000-ci ildə AzTV-də işləyib, 2005-ci ildən isə “Lider” Televiziyasında çalışıb, parlament müxbiri olub. O, jurnalistika sahəsində bir sıra uğurlu layihələrə imza atıb.

İnterpress.az