Tanınmış jurnalistin oğlu evində ölü tapıldı – YENİLƏNİBbackend

Tanınmış jurnalistin oğlu evində ölü tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Abşeron rayonu Xırdalan şəhərində mənzildə meyiti tapılan kişinin tanınmış jurnalistin oğlu imiş.

Lent.az-ın əldə etdiyi məlumata görə, Xırdalan şəhərində mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist Ağamalı Sadiqin oğludur. Məlumata əsasən N. Əfəndiyev bir neçə il əvvəl beyin əməliyyatı keçirib.

Mərhumun sabah doğulduğu Qazax rayonu Qaymaqlı kəndində dəfn ediləcəyi bildirilir.

saat 17.16

Abşeronda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 50 yaşlı Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.