Tarixdə ilk dəfə olaraq insana titandan hazırlanmış tamamilə mexaniki ürək köçürülüb.
interpress.az xəbər verir ki, Texas alimləri unikal ürək “protezi” hazırlayıblar. O, yalnız bir hissədən ibarətdir, aşınma hissələri yoxdur, həm də yığcam və yüngüldür.
Titan ürəyi dəqiqədə 12 litrə qədər qan vurmağa qadirdir ki, bu da xəstələrə tam həyat yaşamağa və hətta idmanla məşğul olmağa imkan verir.
Xuraman Etibarlı
İnterpress.az