Tatu (döymə) xərçəngə tutulma riskini üç dəfə artırır.
İnterpress.az xəbər verir ki, bununla bağlı Danimarka Twin Tattoo Cohort araşdırma aparıb.
Araşdırma döymələri olan əkiz qardaşların dəri xərçəngi və lenfoma diaqnozu qoyulma ehtimalının, döymə olmayan bacı-qardaşlarına nisbətən daha çox olduğunu göstərib.
Tatunun mürəkkəbi limfa düyünlərində toplanır, xroniki iltihaba və immunitet sisteminin həddindən artıq yüklənməsinə səbəb olur.
Risk xüsusilə döymələri ovuclarından daha böyük olanlar üçün yüksəkdir.
Xuraman Etibarlı
İnterpress.az