Tayvan: Adanın ətrafında 35 Çin təyyarəsi və 8 gəmi aşkar edilibbackend

Tayvan: Adanın ətrafında 35 Çin təyyarəsi və 8 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi Çin ordusunun təşkil etdiyi hərbi təlimin sona çatdığının açıqlanmasından sonra ada ətrafında yenidən xeyli sayda hərbi təyyarə və döyüş gəmiləri aşkarlandığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, nazirlik dünən axşamdan bu günə qədər adanın ətrafında Çinə aid 35 hərbi təyyarə və 8 döyüş gəmisinin aşkar edildiyini bildirib.

Nazirliyin açıqlamasına görə, 35 təyyarədən 15-i Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçdiyi və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənliyi” elan etdiyi ərazi üzərində uçub.