Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Günü qeyd olunub.
İnterpress.az xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, eləcə də ölkədəki diplomatik korpusun nümayəndələri, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev açaraq 1918-ci ildə əldə edilən müstəqillik və bugünkü uğurları, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verib. Eləcə də Azərbaycanda keçiriləcək COP-29-la bağlı danışıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxışında Azərbaycanla Gürcüstan arasında dostluğun önəmini qeyd edib. Parlamentlərarası əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.
Tədbir musiqili proqramla davam edib./Report