ABŞ-də təknəfərlik təyyarələr satışa çıxarılıb.
İnterpress.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də pilot lisenziyası tələb olunmayan uçuşlar üçün tək oturacaqlı elektrik “Helix” təyyarələrinin satışına başlanılıb.
Bu təyyarələr şaquli olaraq qalxır və enir, 100 km/saat sürətə çatır və bir şarjla 32 km-ə qədər uça bilir. Onlarla uçuşlara yalnız hava limanlarından kənarda icazə verilir.
Qiymət 190.000 dollardan başlayır və çatdırılma iyul ayına planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az